Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim verilən vəsatətlərin əsassız sayılaraq təmin olunmadığını deyib. (APA)
Sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 27-də davam etdiriləcək .