XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 20:23

Bakı-Tbilisi-Qars dəmir yolunun ilk sərnişin vaqonu(FOTO)

İsveçrənin Stadler Rail Group şirkəti Berlində keçirilən InnoTrans 2016 sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.

Şirkətin nümayəndəsi Paul Qess Trend-ə bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.

Stadler ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.

Paul Qess bildirib: "Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klass, 3-ü ikiyerlik kupedən ibarət birinci klass vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var".

Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakkum sistemli tualetlər (birinci klassda hər kupedə), duş (birinci klassda hər kupedə), kondisioner sistemi quraşdırılıb.

Trend özəl olaraq birinci klass vaqonların fotolarını təqdim edir.