XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 06:41

Latviya prezidenti:"Qarabağ münaqişəsinin həlli beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır"

veyonis

 "Avropanın Şərq qonşularının stabillik və təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır".

Bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds bəyan edib.

O qeyd edib ki, Rusiya daxil olmaqla bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.

"Latviya bütün beynəlxalq ictimaiyyətlə birgə Ukraynanın ərazi bütövlüyü və suverenliyini əvvəlki kimi dəstəkləyəcək. Biz Krımın işğalını tanımırıq. Buna son qoyulmalıdır", – deyə o bildirib.

Veyonis Raymonds qeyd edib ki, beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə köməklik göstərməli, tərəflər isə Minsk razılaşmalarına riayət etməlidirlər. (Report)