XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:16

AŞPA referendumu izləmək üçün Bakıya gələcək deputatlarınadını açıqladı

aspa

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 26-da  Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək.

AŞPA-nın  məlumatına görə, hökumətin dəvətilə baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək. Nümayəndə heyətinə italiyalı  Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoylov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir. Missiya üzvləri Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Azərbaycanın AŞPA-da nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcəklər.

AŞPA nümayəndələri səsvermə günü məntəqələrə baş çəkəcəklər.

Səsvermə ilə bağlı ilkin nəticələr sentyabrın 27-də saat 11.30-da keçiriləcək mətbuat konfransında açıqlanacaq.