XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:45

Ağdamda hərbi təlim keçən erməni ordusu ərazidə yanğınlar törədib

aqdam-yanqin

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər.

 Bu gün erməni silahlı qüvvələrinin müxtəlif qoşun birləşmələrinin Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirdiyi təlimlər başa çatandan sonra böyük bir sahə yandırılıb. (APA)

 Yanğınlar işğal altında olan Ağdam şəhərinin ətrafına qədər yayılıb. Cəbhəyanı kəndlərdən yanğınları müşahidə etmək mümkündür.

 Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdiriblər. Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçiriblər.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə olunub.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərindən eşidilib.