XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 14:10

Nazir Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib –Müzakirə (FOTOLAR)

zakir-belarus

Bu gün Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd olunub.

Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən müdafiə naziri görüşün önəmini vurğulayaraq bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

Əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Təhlükəsizlik Şurasının dövlət katibi Belarusun Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.