Son vaxtlarda xaricdə Azərbaycanın istehsal etdiyi silahlara olan tələbat əhəmiyyətli dərəcədə artıb.
Bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Onun sözlərinə görə, hətta sifarişlərin çoxluğundan Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bəzi ölkələrin silah-sursat sifarişlərindən imtina edib: “Vaxtımız və imkanımız yoxdur ki, qısa müddətdə istehsal edək. Buna görə də bəzi sifarişlərdən imtina etmişik. Əsasən Avropa, Afrika və Asiya ölkələrindən silah-sursat sifarişləri alırıq. Onlar ən çox döyüş sursatları, silahlar almaq istəyirlər. Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".