XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 14:14

“Azercell”dən abunəçilərinə xəbərdarlıq:"Aylıq abunə haqqı tətbiq ediləcək"

azercell_logo_231013

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC oktyabrın 22-dən etibarən, fakturalı xətt sisteminə aid nömrələrdə 3 manat aylıq abunə haqqı tətbiq edəcək.

Strateq.az xəbər verir ki, bu barədə "Azərcell"in yaydığı məlumatda bildirilir.

Məlumata görə, abunə haqqı növbəti ilk faktura dövründən (müvafiq olaraq hər ayın 5-i və yaxud 25-i) başlamaqla “Hər Yerə”, "Bizimkilər", "Dövlətcell" və "SOCAR" tarif paketlərinə tətbiq ediləcək.

"Bununla belə, abunə haqqı müqabilində bonus olaraq hər faktura dövründə "Hər yerə" paketi üçün 30 dəqiqə, digər paketlər üçün isə 50 dəqiqə şəbəkədaxili zəng etmək imkanı yaradıılacaq. Həmin dəqiqələrdən istifadə müddəti müvafiq faktura dövrü ərzindədir. İstifadə edilməmiş bonuslar növbəti faktura dövrünə keçirilmir".