İŞİD terror təşkilatı Suriya ərazisindən Türkiyəyə “Katyuşa” raketləri ilə zərbələr endirib.
“Milliyet”qəzetinin verdiyi xəbərə görə, Kilis şəhərinin mərkəzinə endirilən raket zərbələri nəticəsində çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
ŞİD terror təşkilatının Suriyadan Türkiyəyə endirdiyi raket zərbələri nəticəsində xəsarət alanların ilkin sayı açıqlanıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i uşaqdır.