XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 17:52

Meksika ilə Azərbaycan arasında siyasi məsləhətləşmə mexanizmləri müzakirə edilib

mekcika

 

Meksikanın Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Fransisko del Rio və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun iştiraki ilə Meksika-Azərbaycan siyasi məsləhətləşmələr mexanizminin II-ci toplantısı keçirilib.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az-a bildiriblər ki, ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunan görüşdə, tərəflər ticarət və sərmayə qoyuluşu sahəsindəki əlaqələrin perspektivlərindən söz açıb, əməkdaşlığın mümkün sahələrinə toxunublar.  Hər iki ölkənin bir sıra qurumu arasında əlaqələri möhkəmlədəcək hüquqi bazanın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, Meksika ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından danışılıb.  Bundan əlavə, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılıb.   

Görüşdə Meksika tərəfi ölkəsinin son illərdə qazandığı inkişafını toxunularaq qeyd edilib ki, ölkə iqtisadiyyatı dünyada 14-cü yeri tutur və Şimali Amerika ilə Latın Amerika arasında əlverişli yerləşməsi onun üçün çoxsaylı imkan yaradır: keyfiyyətli əmək qüvvəsi, azad ticarət sazişləri üzrə dünya lideri və beynəlxalq istehsalat və loqistika mərkəzi olması, müvafiq hüquqi baza və şəffaflığın mövcudluğu, rəqabət qabiliyyətli istehsalat qiymətləri, həyata keçirilən struktur islahatları və dünyanın 10 ən çox ziyarət olunan ölkəsindən biri olması Azərbaycanın investorları və iş adamları üçün əlverişli ola bilər.

Səfir Fransisko del Rio ilə eyni zamanda Azerbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında görüş keçirib. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu qeyd olunub. Bu xüsusda əməkdaşlığın müxtəlif sahələrində dinamikanı inkişaf etdirən müvafiq parlamentlərarası qrupların fəaliyyəti müzakirə edilib. Görüşdə hər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivlərinə toxunulub.

Strateq.az