XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 07:05

Mövlud Çavuşoğlu:“İki ölkə arasında hazırda etimad mövcuddur”

movlud

 Moskva və Ankara arasında Suriya ilə bağlı  yaxşı əməkdaşlıq mövcuddur. Bunu “RİA Novosti”yə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

“Rusiya ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var. Bu o demək deyil ki, biz həmişə razılaşırıq. Lakin, əvvəllər ciddi fikir ayrılığı olan məsələlər üzrə hazırda yaxşı dialoq mövcuddur”, – deyə Çavuşoğlu Moskva və Ankara arasında Suriyaya dair əməkdaşlıqla bağlı suala cavabında bildirib.     

Onun sözlərinə görə, dialoq açıq və səmimi şəkildə aparılır: “Mübadilə etdiyimiz informasiya böhran yaranacağı təqdirdə çox vacibdir. İki ölkə arasında hazırda etimad mövcuddur. Siyasi səviyyədə – nazirliklər kəşfiyyat səviyyəsində müxtəlif əlaqələndirmə mexanizmləri mövcuddur. Bu mexanizm çox effektiv olub”, – deyə Çavuşoğlu qeyd edib.    (APA)