XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 17:09

Şahin Mustafayev şikayətçiləri qəbul edib,problemləri ilə bağlı göstəriş verib

sahin nazir

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Şəmkirdə Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Məlumatda bildirllir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçı hüquqlarının qorunması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, ixraca dəstək, kənd yollarının tikintisi, yun istehsalı və satışının dəstəklənməsi, sahibkarlıq subyekti tərəfindən beynəlxalq maliyyə institutundan alınmış kreditin restrukturizasiyasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.