Hollandiyalı məşhur futbol ulduzu, bir zamanların sevimlisi Ruud Qullit Azərbaycana gələcək.
Strateq.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, UEFA Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün xüsusi qonaq qismində dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit paytaxtımıza gələcək.
Qeyd edək ki, mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.