XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 10:50

Deputat:“Biz belə halları çox görmüşük"

nizami

Azərbaycana qarşı qərəzli rəylərin verilməsi yeni bir hal deyil.

Bunu  Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı hazırladığı rəyin qərəzli olduğunu deyən N.Cəfərov bunun subyektiv maraqlardan irəli gələn bir məsələ olduğunu söyləyib:

“Biz belə halları çox görmüşük. Azərbaycana qarşı belə hallar dəfələrlə olub. Dəfələrlə olub ki, Azərbaycanda gedən inkişafı, demokratiyanı görməyiblər. Azərbaycan dövlət olaraq, öz xüsusiyyətlərini dünyaya açıq göstərir, çünki Azərbaycan dünyaya açıq ölkədir. Bu baxımdan da Azərbaycanda gedən prosesləri, müsbət meylləri qiymətləndirməmək hansısa maraqların nəticəsidir. Belə rəyin edilməsi düşmənçilik olmasa da, düşmənçiliyə yaxın bir münasibətdir”. (Trend)