Ədalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğu müəyyənləşdirilib.
Bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş bildirib.
Onun sözlərinə görə, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin FETÖ ilə əlaqəsi olduğu müəyyənləşib.
M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.
Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb. (Report)