XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 11:53

Bakıda Səudiyyə ƏrəbistanınınMüstəqillik Günü qeyd edilib

sefir seudiye.jpg

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi Krallığın yaranmasının 84-cü ili ilə bağlı rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim çıxış edərək 23 sentyabr tarıxının hər bir səudiyyəli üçün əlamətdar gün olduğunu söyləyib. Bildirib ki, 1932-ci ilin bu günündə qəhrəman rəhbər,  mərhum Kral Əbdüləziz Al Səud tərəfindən xilaskar və müdrik bir başlanğıcın əsası qoyulub. İslam qanunları və onun xeyirxah təlimlərinin tətbiqi ilə çiçəklənən əzəmətli bir dövlət qurulub: “Bu gün İki Müqəddəs Məscidin Xadimi Salman bin Əbdüləzizin rəhbərliyi altında Krallıq özünün ən çiçəklənən dövrünü yaşayır. Belə ki, bu il Krallıq 2030-cu ilə qədər inkişaf strategiyasını elan edib ki, onun da əsaslarını Krallığın ərəb və islam dünyasındakı yeri, investisiya gücü, strateji coğrafi mövqeyi, vətənin inkişafı və vətəndaşların rifahı üçün özəl sektorun aktiv iştirakı təşkil edir”.

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat dedi ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında yüksək, güclü və səmimi qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrə hər iki ölkə rəhbərliyi böyük diqqət yetirir.  Qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə, xüsusən də iqtisadi, investisiya və turizm sahələrində irəli aparmaq üçün güclü iradə, həqiqi əzim, qəti bir istək var.

Azərbaycan hökuməti adından çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın dost Səudiyyə Ərəbistanı Krallığı ilə geniş əlaqələrə malik olduğunu vurğulayib. Deyib ki, gələcəkdə də əlaqələrin inkişafı müstəvisində olacaq və bu əlaqələr iki ölkə xalqının rifahına fayda verəcək.

L.SƏMLA