XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2015 - 05:29

Çingiz Qənizadədən əfv AÇIQLAMASI

Çingiz Qənizadədən əfv AÇIQLAMASI

Novruz bayramı ilə bağlı əfv olacaqmı?

Aktual.az-ın bu sualını Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, deputat, hüquq müdafiəçisi çingiz Qənizadə cavablandırıb. O qeyd edib ki, yaxın vaxtlarda əfv sərəncamının olacağından məlumatsızdır: “Bu prezident İlham Əliyevin səlahiyətində olan bir məsələdir. Hər zaman ölkə başçısı humanistlik nümayiş etdirərək ildə bir neçə dəfə əfv sərəncamı imzalayıb. Yaxın günlərdə belə əfv olacağını deyə bilmərəm. Bu barədə məlumatım yoxdur”.

Məlumat üçün bildirək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Novruz bayramı münasibətilə prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir.