XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 13:08

Rumıniyanın yeni səfiri Bakıya gəlib

flag

Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yanku (Dan İancu) Bakıya gəlib. 

D.Yanku etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra fəaliyyətə başlayacaq.

D.Yankunun namizədliyi iyunun əvvəlində Rumıniya parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, cari il mayın 20-də Rumıniya prezidenti Klaus Yohannis Daniel Kristian Çobanunun Azərbaycandan səfir postundan geri çağırılması haqqında sərəncam imzalayıb. D.K.Çobanu 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışırdı. (Report)