XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 15:59

Keçmiş icra başçısının gözləri tutulur, yaddaşı pozulub —AÇIQLAMA

mahmud

Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyevin səhhətində ciddi problem yaranıb.

Quliyev yaddaşsızlıqdan əziyyət çəkir. Həmçinin qeyd edilir ki, sabiq icra başçısının gözləri tutulur. Onun uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Gözlərinin getdikcə zəifləməsi də bununla əlaqələndirilir.

Qeyd edək ki, 64 yaşlı Mahmud Quliyev 2000-ci ildən 2016-cı ilə qədər Cəbrayıl İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Əməkdaşımız daxil olan informasiya ilə bağlı Quliyevin özü ilə də əlaqə saxlayıb. Sualımızı əsəbi tərzdə qarşılayan keçmiş icra başçısı bunları deyib:

"İşləmirəm, təqaüdçü adamam, indi də evimdə oturmuşam. Guya mənim qayğıma qalırsız? Sağlamlığımın kimə nə dəxli var? Sağlamam, xəstə deyiləm, indicə rayondan yasdan gəlmişəm". (Ölkə.az)