XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 17:53

Azərbaycan da planşet istehsal edəcək- Gürcüstanla birgə

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" zavodu öz məhsullarının çeşidini genişləndirir.

Azərtac "Sputnik Georgia" agentliyinə istinadən verdiyi xəbərə görə, "AG Telekom" şirkətinin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisənin mütəxəssisləri "Android"in bazasında qurulmuş planşetlər hazırlayacaqlar. Hazırda mütəxəssislər bunun üzərində işləyirlər.

Qeyd edək ki, "AG Microelectronics" zavodunun əsasını 2014-cü ildə Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" şirkəti qoyub. Müasir texnologiyalarla təchiz olunmuş "AG Microelectronics" zavodu məişət texnikası, elektron planşet dərsliklər və xüsusi hərbi təyinatlı texnika istehsal edir.