XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 18:07

Elman Babayev:"Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb"

elman

Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb.

Strateq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb: "Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabrr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-i tarixində tam yekunlaşıb".

E.Babayev deyib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.