XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 19:52

Avropa Komissiyası:"Türkiyə ilə miqrasiya sazişi Aİ üçün prioritet olaraq qalmaqdadır"

miqrant

Türkiyə ilə miqrasiya sazişinin icrası Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

Bunu miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos deyib.

“Türkiyə-Aİ sazişinin icrası bizim üçün prioritet və “A” planı olaraq qalmaqdadır”, – deyə o Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.    

Avrokomissarın sözlərinə görə, Türkiyə ilə əməkdaşlığın sayəsində Aİ-yə qaçqın axını xeyli azalıb.  

Qeyd edək ki, martın 8-də Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.  (APA)