XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2016 - 18:56

Azərbaycanda toy yasa çevrildi:ölən və yaralananlar var

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında “Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində ölən və yaralananların adları məlum olub. APA-nın qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “Niva” markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.