XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 20:21

Hələbdə amansız bombardımanlar davam edir:3 gün ərzində 200-dən çox dinc sakin həlak olub

h%c9%99l%c9%99b

Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin bu gün Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb.

Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, ölənlər arasında xeyli sayda qadın və uşaq var. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb.

Bombardmanların hazırda da davam etdiyi bildirilir. Agentliyin xəbərinə görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura da bildirib ki, son günlər Hələbin bombardman edilməsi nəticəsində 200-dən çox mülki sakin həlak olub. O, qeyd edib ki, son 3 gündə ölənlərin sayı 213 nəfərdən çoxdur. 

BMT rəsmisi ölənlər arasında onlarla qadının və uşağın olduğunu vurğulayıb.  (Report)