XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 21:23

İraqda növbəti əməliyyat:40 terrorçu məhv edilib

iraq

İraq hərbçiləri İŞİD terror birləşməsinin ölkənin qərbindəki Hit şəhərinə hücumunu dəf edib.

Bu barədə "Al Sumaria" telekanalı ordunun yüksək rütbəli zabitlərindən birinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyat zamanı terror qruplaşmasının 40 üzvü öldürülüb.

"İŞİD Hit şəhərinə hücum etdi. Yaşayış məntəqəsini raketlərdən, minaatanlardan və digər silahlardan atəşə tutdu. Koalisiyanın təyyarələri, milli Hərbi Hava Qüvvələri və artilleriya hücumun qarşısını aldı, 40 İŞİD üzvünü məhv etdi" – deyə general-mayor Qasim əl-Məhəmmədi telekanala bildirib.

Hit şəhərinin meri isə bildirib ki, hazırda vəziyyətə nəzarət olunur.  (Report)