Azərbaycanda keçirilən referendumda saat 12:00-a olan ən aktiv seçki dairəsinin adı açıqlanıb.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, ən aktiv seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir:
"Burada 49 374 seçicidən 21 305-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 19,59 faiz seçici fəallığı deməkdir".