Ağdam rayonunun ən yaşlı seçicilərindən olan Muğanlı kəndindən məcburi köçkün 100 yaşlı Şəkər Əhmədova ümumxalq səsverməsində iştirak edib.
Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən Şəkər nənə ümumxalq səsverməsində də konstitusion hüququndan istifadə edib. O, yaşının çox olmasına baxmayaraq, məskunlaşdığı Səfərli qəsəbəsindəki 41 saylı seçki məntəqəsinə gələrək səs verib.
1916-cı il təvəllüdlü Şəkər Əhmədova AZƏRTAC-ın müxbirinə bildirib ki, 6 övladı, 15 nəvəsi, 25 nəticəsi var. isə növbəti seçkilərdə doğma kəndi olan Muğanlıda səs verməkdir.