XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 19:57

“Opinion Way”:Referendumda seçici fəallığı 66,8% olub

3

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

"Exit-poll” tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.

Bildirilib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli" və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə "88,8" "bəli" cavabını verib.

O da qeyd olunub ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına seçicilərin təxminən 80 %-i "bəli" cavabını verib. (APA)