XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 20:31

Əli Əhmədov:"Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək"

referendum

 "Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək. İslahatların istisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, islahatlar sosial sahələri də geniş əhatə edəcək: "Bu islahatlar imkan verəcək ki, biz  Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək". (APA)