XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 01:38

Naxçıvanda seçicilərin 75,8 faizi səsverməsində iştirak edib

naxci-secki

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində Naxçıvan Muxtar Respublikasında 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, həmin seçki dairələrində qeydə alınmış 271 min 939 seçicidən 206 min 127 nəfər, yəni seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 664 nəfər seçicidən 30 min 3 nəfəri, yəni seçicilərin 77,6 faizi səsvermədə iştirak edib.

Naxçıvan Muxtar Respublikasında keçirilən referendumda muxtar respublikanın rayonlarında yaşayan seçicilər prosesdə fəal iştirak ediblər.