XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 12:39

Hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərə qar yağacaq –XƏBƏRDARLIQ

hava

Sentyabrın 28-dən 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Sentyabrın 29-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.  (Report)