XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 14:28

Türkiyə Ermənistan AES-in bağlanmasını yenə tələb edib:"Türkiyə üçün təhlükə mənbəyidir"

c

 "Dünya və bölgənin ikinci Çernobıl faciəsini yaşamasına yol vermək olmaz".

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Vyanada Atom Enerjisi üzrə Beyənəlxalq Agentliyin (AEBA) Baş Konfransındakı çıxışı zamanı bildirib.

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) bağlanmalıdır. O, seysmik bölgədə yerləşdiyindən region, xüsusilə Türkiyə üçün təhlükə mənbəyidir", – deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistan AES 47 il əvvəl tikilib. Stansiya Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Bu ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər. (Report)