XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 17:41

Yavər Camalov:“Yaxın mənzilli ballistik raket texnologiyası almaq üçün danışıq aparırıq”

yaver

“Azərbaycan yaxın mənzilli ballistik raket texnologiyası almaq üçün danışıqlar aparır”.

Bunu ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalov deyib. O bildirib ki, hazırda bununla bağlı aparıcı dünya şirkətləri ilə danışıqlar aparılır və söhbət 280 kilometrlik məsavəni vura bilən ballistik raketlərdən gedir.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 125 adda yeni hərbi təyinatlı məmulat hazırlanması ilə bağlı iş gedir. O bildirib ki, prioritet layihələr kimi hava-yer, hava-hava, və yer-yer tipli raket sistemlərinin hazırlanmasını göstərmək olar.

Qeyd edək ki, bu yaxınlarda Rusiya Ermənistana  "İsgəndər" raketləri satıb. Həmin raketlər 500 kilometr məsafədə hədəfləri vura bilir (eksport variantında 300 kilometədək).

Ermənistan bunu Azərbaycan ordusu üzərində üstünlük qazanması kimi təqdim edir.