XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 18:02

Oqtay Əsədov:“Beynəlxalq qurumların vəziyyəti obyektiv qiymətləndirməsinə həssaslıqla yanaşırıq”

oqtay

  Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Azərbaycanla Dostluq Qrupunun rəhbəri lord Devid Evansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dən verilən məlumata görə, sədr qonaqların Azərbaycanda keçirilən Konstitusiya referendumunu izləmək üçün ölkəyə gəldiklərini xatırladaraq onlara minnətdarlığını bildirib.

O. Əsədov qeyd edib ki, Konstitusiyaya dəyişikliklər insan hüquqlarının qorunmasının daha etibarlı təmin edilməsi ilə yanaşı, həm də idarəetmə mexanizminin təkmilləşdirilməsinə, bu mənada xalqın firavan gələcəyinə xidmət edəcək: “Ümumxalq səsverməsinin azad, demokratik, şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi işlər görülüb. Ölkə ərazisində mindən çox məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsverməni onlayn izləmək imkanı yaradıb. Biz dünyada və regionda gedən prosesləri diqqətlə izləyir, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dostlarımız, o cümlədən beynəlxalq qurumlar tərəfindən obyektiv qiymət verilməsinə həssaslıqla yanaşırıq”.

D. Evans isə Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsini müsbət dəyərləndirib. O, 6 seçki məntəqəsində prosesi izlədiklərini və əhalinin fəallığının canlı şahidi olduqlarını söyləyib. (APA)