XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 18:09

Rusiya hərbi raket gəmisi Bakıya gəldi –FOTO

gemi-rus

Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.

Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

gemi-rus02