XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 18:30

Yavər Camalov Pakistan, BƏƏ və serbiyalı nazirlərlə görüşüb

yav%c9%99r

 Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
MSN-dən verilən xəbərə görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Y. Camalov Serbiyanın müdafiə naziri Zoran Corceviçin və Birləşmiş Ərəb Əmirliklərinin müdafiə məsələləri üzrə dövlət naziri Muhammed Ahmed Albavardinin rəhbərlik etdiyi nümayəndə heyətlərini də qəbul edib.

Qonaqlar “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. (APA)