XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 19:37

Gürcüstan prezidenti: “Azərbaycan və Türkiyəsiz bizim uğurumuz mümkün deyil…”
Gürcüstan prezidenti: “Azərbaycan və Türkiyəsiz bizim uğurumuz mümkün deyil...”
“TANAP-ın təməlinin qoyulması bizim üçün çox vacibdir. üç ölkənin liderləri bir neçə il öncə layihə ilə bağlı qərar qəbul ediblər. Atılan addımlar nəticəsində biz bu gün biz burdayıq”.
Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Qarsda TANAP layihəsinin təməl qoyma mərasimində çıxışı zamanı deyib.
Gürcü prezident bildirib ki, onun ölkəsi tranzit olaraq öz məsuliyyətini başa düşür qarşısında qoyulan öhdəlikləri sonadək yerinə yetirəcək.
“Bu, təkcə Gürcüstan üçün deyil, bizim qonşularımız üçün də vacibdir. Gürcüstan Avropa ilə Asiya arasında mühüm körpüdür. Ancaq Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğuru haqda düşünməyə dəyməz”, – deyə Marqvelaşvili qeyd edib.