XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 19:42

Hamlet İsaxanlının qızı: “Ağzını qara açan millətə üz tutub demək istəyirəm ki,…”

Döyülən rektor qızından qəribə açıqlama

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı ülkər İsayeva döyülməyi ilə bağlı daha bir maraqlı məlumat yayıb.

Strateq.az xəbər verir ki, o, Facebook səhifəsində bu dəfə döyüldüyünü təkzib edib: “Əziz dostlarım və “dostlarım”, hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.