XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 12:15

Nəcməddin Sadıkov Rusiyaya səfər edib –Müdafiə Nazirliyindən açıqlama

necmeddin-sadiqov-nato

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə gedib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər sentyabrın 30-dək davam edəcək.