XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 17:29

Azərbaycanda “Cüdo TV”fəaliyyətə başlayıb

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası – “Cüdo TV” fəaliyyətə başlayıb.

Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.

“Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.