Sentyabrın 28-dən etibarən “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetmə imkanını yaradan xüsusi funksiyanı tətbiqində istifadəyə verib.
Şirkətdən bildirilib ki, sözügedən funksiyanın MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunub, bu funksiya bütün “uberX” istifadəçiləri üçün keçərlidir.
Artıq “Uber” tətbiqi vasitəsilə istənilən məkana gedişi 15 dəqiqədən – 30 günədək sifariş etmək mümkündür. Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.