OPEC ölkələri nümayəndələri neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.
Bunu “Reuters”-ə diplomatik mənbə bildirib.
Mənbənin bildirdiyinə əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.