XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 06:39

Neft naziri:"İran neft hasilatını dondurmayacaq"

iran

 İran neft hasilatını dondurmayacaq.

Bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib.

Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.

OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək.  

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki,  İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.

Qeyd edək ki, sentyabrın 28-də OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər. Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.  (APA)