XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 09:01

Misir XİN:“Əsədin gedib-getməməsi Suriya xalqına aid qərardır"

s

Suriya məsələsində Səudiyyə Ərəbistanı ilə fərqli mövqelərə sahibik.

Bunu jurnalistlərə açıqlamasında Misir Xarici İşlər naziri Samih Şükrü söyləyib.

Onun sözlərinə görə, Misir Ər-Riyaddan fərqli olaraq Bəşər Əsədin hakimiyyətdən getməsinin tərəfdarı deyil. O, Suriya böhranının həlli üçün ölkədəki bütün qüvvələrə sərf edəcək həll paketi təqdim etmək lazım olduğunu bildirib:

“Əsədin gedib-getməməsi Suriya xalqına aid qərardır. Biz bu problemi bir şəxslə məhdudlaşdıra bilmərik. Əsəddən sonra nə olacağını düşünmək vaxt itkisidir”.  (Axar.az)