XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 10:52

Rusiya baş nazirinin müavini:"Mən Azərbaycana çiçəklənmə arzulayıram”

olqa

“Azərbaycan və Rusiya prezidentlərinə təşəkkür edirəm. Azərbaycan və Rusiya arasında 90-dan artıq sənəd imzalanıb. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlərin yüksək səviyyədə olmasında şəxsi əlaqələr də böyük rol oynayır”.

Bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib. O bildirib ki, Azərbaycan və Rusiya rəsmiləri arasında şəxsi əlaqələr yüksək səviyyədədir: “Biz bu münasibətləri gənc nəslə ötürməliyik. Xalqlarımız arasında qarşılıqlı anlaşma üçün bu, vacibdir. Dünyada insanların, xalqların mehriban yaşaması, elm və mədəniyyətin inkişafı üçün belə müzakirələr vacibdir. Mən Azərbaycana çiçəklənmə arzulayıram”. (APA)