XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 16:34

Azərbaycanlılara edilən zorakılıqlara qarşı etiraz:Ukraynanın baş prokuroru Zakir Qaralova zəng vurdu

ukr-prokur

Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkəsində azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq Azərbaycanın baş prokuroru Zakir Qaralova zəng edib.

 Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı baş prokurorlar bu sahədə atılacaq birgə addımları müzakirə ediblər.

 Ukraynanın baş prokuroru azərbaycanlı həmkarına söz verib ki, qısa müddət ərzində zərərçəkənlərin yaxınlarını, azərbaycanlı icma rəhbərlərini qəbul edəcək.

 Səfirlikdən Ukraynada azərbaycanlıların oğurlanmaları və hücuma məruz qalmalarına etiraz olaraq sentyabrın 14-də bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) qarşısında keçirilən aksiyadan sonra Ukraynada azərbaycanlıların oğurlanması faktının qeydə alınmadığı bildirilib: “Avqust ayında bir nəfər oğurlanmışdı ki, o da sonra sərbəst buraxılıb. Bundan başqa, hələlik azərbaycanlıların oğurlanması halı qeydə alınmayıb”.

 Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülmməmədov isə APA-ya bildirib ki, daxili işlər naziri Arsen Avakov DİN qarşısında etiraz aksiyası keçirən azərbaycanlıların tələblərinə hələ də reaksiya verməyib. Aksiya iştirakçılarına yaxın iki gündə rəhbərlik tərəfindən qəbul ediləcəkləri bildirilsə də, heç kim onları qəbul etməyib.

 Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.