Fələstin Dövlətinin başçısı Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək niyyətində olduğunu bildirib.
O, bu məqsədlə yüksək vəzifəli 4 məmurla İsrailə getmək niyyətindədir.
Məlumata görə, bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib.
İsrail KİV-ləri yazır ki, Mahmud Abbas Şimon Peresin ailə üzvlərinə başsağlığı teleqramı göndərib. O, yəhudi dövlətinin 9-cu prezidentinin Fələstin muxtariyyətinin mərhum başçısı Yasər Ərəfat və İsrailin keçmiş baş naziri İtshak Rabinin sülh prosesindəki həmkarı adlandırıb.
Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də vəfat edib. (Report)