Ədliyyə Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən notariat kontorlarının fəaliyyətini dondurması xəbərinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səyyad Məcidov Modern.az-ın soruğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar əsassızdır: “Ədliyyə Nazirliyi tərəfindən notariat kontorlarına hər hansı məktub göndərilməyib. Yəni, notariusların fəaliyyətini dayandırması da mümkün deyil.
Sadəcə dünən paytaxtda yağan intensiv yağışlardan sonra optik şəbəkədə problem yaranıb. Sistemdə işin dayanma səbəbi elektron sistemdə yaranan nasazlıqdır”.
S.Məcidov bildirib ki, yaxın saatlarda bütün notariat kontorları işini bərpa edəcək.
Yayılan məlumatlarda Ədliyyə Nazirliyi tərəfindən Bakıdakı bütün notariat kontorlarına alqı-satqı işlərinin dayandırılması ilə bağlı məktub göndərildiyi bildirilirdi.