XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 18:41

UEFA-nın prezidenti Bakıya gəlib –"Qəbələ" - "Maynts" oyununu izləyəcək

uefa

AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin “Avro-2020”nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün sentyabrın 29-da paytaxtımıza gəlib.

A.Çeferin Avropa Liqasının “C” qrupunda “Bakcell Arena”da keçiriləcək "Qəbələ" – "Maynts" (Almaniya) oyununu izləyəcək.

Xatırladaq ki, loqonun təqdimat mərasimi sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.