AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ" – "Maynts" oyunundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
O, "Qəbələ"nin yaxşı oynadığını deyib:
– Yaxşı oyun oynadıq, amma rəqib çox güclü idi. "Maynts" Almaniya Bundesliqasının əsas komandalarından biridir. Pis oynamadıq. Qalib də gələ bilərdik, amma alınmadı.
– UEFA prezidenti Aleksander Çeferin də oyunu izləyənlər arasında idi. O, oyun barədə nə fikirdə idi?
– Nə fikirdə olmalı idi?! Əlbəttə, yaxşı fikirdə olacaq.
– Sizcə "Qəbələ"nin qələbə qazanması üçün nə çatışmırdı?
– Mənə elə gəlir ki, buna təcrübəmiz çatmadı. Onlar çox güclü idilər.
– Bu gün "Qarabağ"dan hansı nəticəni gözləyirsiniz?
– "Qarabağ"dan nə gözləməliyəm, əlbəttə ki, qələbə.
Qol.az